Adil Şükürov AZAL-la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi oyundan sonra bunları deyib:
"Premyer Liqada ilk oyunumuza çıxdıq. İlk oyunlar çətin olur. Biz çox ağır oyun keçirdik. Düzdü, təlim-məşq toplanışında olmuşduq. Amma istənilən halda ilk oyun çətin alındı. Çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Bütün bunlara rəğmən, ilk oyunu qalib başa vurduq. Bu münasibətlə klubumuzu təbrik edirəm".
Fanat.az