Tərlan Əhmədov "Zirə" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi oyundan sonra bunları deyib:
"Oyunun çətin keçəcəyini bilirdik. Rəqibi tanımırdım. Sadəcə, ötən il AZAL-da oynayıb, indi “Zirə”də çıxış edən futbolçulara bələd idim. Düşünürəm ki, iki fərqli hissə izlədik. İkinci hissədə qol epizodları yaratdıq. Lakin məğlub olduq. İlk turda uduzmaq xoşagələn hal deyil. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Yeni komanda qurmuşuq. Düşünürəm ki, potensialımız var".
Fanat.az