Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 1-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Şəhriyar Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 57-ci dəqiqəsində “Neftçi”, 71-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının I turunun “Rəvan” – “Sumqayıt” matçının 40-cı dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının I turunun “Qəbələ” – “Qarabağ” matçının 73-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Rəşad Sadiqov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
“Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Zirə” – AZAL matçının 88-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Elnur İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Fanat.az