Avropa Liqasının "Yanq Boyz" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA avqustun 20-də Berndə keçiriləcək matçı israilli hakimlərə tapşırıb.
Görüşü Alon Yefet idarə edəcək. Ona Danni Krasikov və Mahmud Mahaqna yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Ziv Adler yerinə yetirəcək.
Alon Yefet azərbaycanlı futbolsevərlərə tanış simadı. Belə ki, o, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Bolqarıstan oyununu idarə edib. Ötən ilin 9 sentyabrında "Bakcell Arena"da baş tutan oyunda millimiz 1:2 hesabı ilə yenilib. FIFA referisi həmin matçda millimizdən Ruslan Abışov, Vaqif Cavadov və Araz Abdullayevə, Bolqarıstan yığmasından isə Vladimir Qadjevi sarı vərəqə ilə cəzalandırıb.
Fanat.az