"Məşqlərimiz davam edir, hələ ki, hər şey yaxşı gedir. Qarşıdakı oyuna səylə hazırlaşırıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən Soltanov çempionatın II turunda qarşılaşacaqları “Zirə” ilə oyun haqda danışıb: “Əlimizdən gələni edəcəyik ki, nəticə “Neftçi” ilə oyundakından daha yaxşı olsun. “Zirə” də bizim kimi yeni komandadı. Debütantdı, rəqibi heç vaxt zəif qəbul edib arxayınlaşmaq olmaz. Nəyəsə aldanmamalıyıq, baş məşqçimiz Şahin Diniyev də bildirir ki, oyuna iki qat güclə hazırlaşmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edib, uğurlu nəticə üçün meydana çıxacaq”.
Soltanov iki il öncə “Kəpəz”in heyətində çıxış edib. Bu mənada yerli publika ona daha yaxşı tanışdı: “Gəncədə ilk oyunumuzu keçirəcəyimizdən azarkeşlərimizlə doğma meydanda görüşəcəyik. Onları sevindirmək üçün hər şey edəcəyik. Əvvəlcədən danışmaq istəmirəm, amma deyim ki, qələbə üçün oynayacağıq. Fanatları da oyuna səsləyirəm, gəlsinlər komandaya dəstək olsunlar, yaxşı oyun olacaq. Buna ümid edirəm”.
Fanat.az