17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, Təbriz Həsənov hazırlıqlara 18 futbolçu dəvət edib.
Bu oyunçular avqustun 17-dən 23-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Onlardan 15-i yerli klubları, üçü isə Türkiyə komandalarını təmsil edir.
Belə ki, “Trabzonspor”un 2 “Beşiktaş”ın 1 futbolçusu yığmaya çağırılıb: Kamran İbrahimov, Aslan Bədəlzadə, Elçin Əsədov, Pilağa Mehdiyev, Bahadur Həziyev (hamısı “Neftçi”), Ricat Qarayev (“Sumqayıt”), Fərid Nəbiyev, Cavidan Qasımlı, Murad Popov (hamısı “Qəbələ”), Məmməd Hüseynov (“Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı, Süleyman Əhmədov (hamısı “İnter”), Öksüz Doğukan, Akpinar Murat Cem (hər ikisi “Trabzonspor”, Türkiyə), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Pala Barış (“Beşiktaş”, Türkiyə).
Fanat.az