Adil Şükürov "Kəpəz"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi bunları deyib:
“Məni doğum günüm münasibəti ilə xüsusi təbrik edən “Kəpəz” rəhbərliyinə təşəkkür edirəm. “Kəpəz” mənim üçün doğma komandadı. Gəncə şəhərinə böyük futbolun qayıtması münasibəti ilə azarkeşləri təbrik edirəm.
Oyuna gəldikdə, biz mübarizə apardıq. Məqsədimiz qələbə qazanmaq idi. Amma 1 xal qazana bildik. Düşünürəm ki, hesab oyuna görə oldu”.//pfl.az
Fanat.az