AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"İnter"lə oyunun 16-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Neftçi"nin futbolçusu Melli 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub. Oyunun 80-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan İlkin Qırtımovun da cəzası eyni olub.
"Sumqayıt" "Xəzər Lənkəran"la, "Zirə" "Kəpəz"lə matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat ödəyəcək.
Fanat.az