Avropa Liqasının pley-off mərhələsində "Yanq Boyz"la qarşılaşacaq “Qarabağ” bu gün səfərə çıxacaq. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı-Bern reysiylə İsveçrəyə yollanacaq.
Azərbaycan çempionu saat 17:00-da ölkəmizi tərk edəcək. Təxminən 5 saatlıq uçuşdan sonra təmsilçimiz İsveçrə paytaxtına çatacaq.
Qeyd edək ki, "Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) qarşılaşması avqustun 20-də keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.
Fanat.az