Ötən mövsüm "İnter"in formasını geyinmiş futbolçulardan əksəriyyəti artıq özünə yeni iş yeri tapıb. Fanat.az хəbər verir ki, hələlik onlardan 4-ü klubuz qalıb.
Belə ki, polşalı Adam Banaş, kenyalı Patrik Osiako, israilli Idan Vaytsman və Azərbaycan pasportu Mirzağa Hüseynpur hələ də işsizdi.
Qalan 21 futbolçudan 16-sı Azərbaycan, 5-i хarici klublara üz tutub. Zaqatala klubunun legionerlərindən 3-ü Azərbaycanda qalmaq qərarına gəlib. Belə ki, Stepan Polyak "İnter"ə, Pavel Kapsa "Xəzər Lənkəran"a, Melli isə "Neftçi"yə keçib.
İlkin Qırtımov, Elnur Abdullayev, Stepan Polyak (üçü də "İnter"), Kənan Müslümov, Oruc Balaşlı, Rəşad Əzizli (üçü də "Rəvan"), Pavel Kapsa, Rəşad Eyyubov (ikisi də "Xəzər Lənkəran"), Məhərrəm Hüseynov, Tural Axundov (ikisi də "Kəpəz"), Vadim Abdullayev, Samir Zərgərov (ikisi də "Qəbələ"), Melli (Neftçi), Vüqar Mustafayev (Qarabağ), İlqar Hüseynov (Zirə), Amil Ağacanov (AZAL), Draqan Çeran (Əl-Həjər, Səudiyyə Ərəbistanı), Əli Gökdemir (Karagümrükspor, Türkiyə), Cihan Özkara (Preusen Münster, Almaniya), Benjamin Lambot (Serkle Brügge, Belçika), Marko Stanoyeviç (Əl-Fateh, Səudiyyə Ərəbistanı).
Fanat.az