Topaz Premyer Liqasının III turun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, AZAL - “Qarabağ” oyununun keçirilmə tarixi dəyişdirilib.
Oyun avqustun 22-dən avqust 23-ə keçirilib. Buna səbəb “Qarabağ”ın avqustun 20-də Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində səfər oyununda çıxış etməsidi.
Canlı yayımla əlaqədar olaraq, “Zirə” - “İnter” matçı isə avqustun 22-dən 24-ə keçirilib.
22 avqust
Xəzər Lənkəran - Rəvan
Xəzər Lənkəran mərkəzi stadionu. Saat 21.00.
23 avqust
Neftçi - Sumqayıt
"Bakcell Arena". Saat 21.00.
Qəbələ - Kəpəz
Qəbələ şəhər stadionu. Saat 21.00.
AZAL - Qarabağ
"Dalğa Arena". Saat 21.00.
24 avqust
Zirə - İnter
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 21.00.
Fanat.az