Premyer Liqada 10-cu mövsümünə başlayan “Qəbələ” ötən çempionatdan bu yana davam edən məğlubiyyətsiz oyunlar seriyasını 15 oyuna çatdırıb. Fanat.az xəbər verir ki, komanda tarixi rekordunu təkrarlamağa çox yaxındı.
2011-ci ildə qeydə alınan həmin rekord 16 matçdan ibarətdi. Deməli, növbəti turda, avqustun 23-də “Kəpəz”lə ev oyununda rekord təkrarlana bilər.
Braziliyalı futbolçu Luis Paulo Hilario və ya sadəcə, Dodo isə “Qəbələ”də keçirdiyi oyunların sayına görə yeni rekordçu olub - 114 matç. Oyun sayına görə ikinci sırada sabiq futbolçu Viktor Mendi qərarlaşıb - 112 matç.
Son çempion “Qarabağ” 1 ilə yaxındı “Qəbələ”yə qalib gələ bilmir. Sonuncu qələbəni 2014-cü il oktyabrın 17-də qazanan (2:0) Ağdam klubu bundan sonra “qırmızı-qaralar”la keçirdiyi 4 oyunda istəyinə çata bilməyib.
“Qəbələ”nin heyətində çempionatdakı debüt matçında fərqlənən Sergey Zenyov həm də komandanın bu mövsümdə ilk qolunun müəllifi olub. O, Avropa Liqasında “Çukariçki”yə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl etmişdi. Zenyov “Qəbələ”də debüt edən ilk eston futbolçu kimi də tarixə düşüb. Yeri gəlmişkən, ukraynalı hücumçu Aleksey Antonov da çempionatımızda qol hesabını açıb.//"Qəbələ İK"
Fanat.az