Futzal üzrə Azərbaycan çempionatında çıxış edən “Neftçi” klubu hazırlıq məqsədi ilə Ukraynaya gedib. Fanat.az xəbər verir ki, heyətini xeyli gücləndirən və çempionluq iddiasında olan “Neftçi” Ukraynada yoxlama oyunları keçirəcək.
Qeyd edək ki, futzal üzrə Azərbaycan çempionatı sentyabrın ilk ongünlüyündə başlayacaq.