Avropa Liqasının "pley-off" mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" ilk oyununu səfərdə çıxıb.
Azərbaycan çempionu İsveçrədə "Yanq Boyz"un qonağı olub. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın yeganə qoluna 67-ci dəqiqədə Riçard Almeyda imza atıb.
"Qarabağ" bu mövsüm avrokuboklarda Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Bu mərhələdə Çernoqoriyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran (0:0, 1:0) Azərbaycan çempionu ardınca "Seltik"ə yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb. "Yanq Boyz" isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən start verib və "Monako"ya uduzub (1:3, 0:4).
Qeyd edək ki, "Yanq Boyz" klubu 1898-ci ildə yaradılıb. Bern təmsilçisi 117 illik tariхi ərzində 11 dəfə İsveçrə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Liqa Kubokunun qalibi olub. Son mövsümü 2-ci Super Liqanın ikinci pilləsində başa vuran komandaya müvəqqəti olaraq Harald Qamperle başçılıq edir. O, "Monako" ilə oyundan sonra istefa verən Uli Forteni əvəzləyib.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
20 avqust
Yanq Boyz (İsveçrə) - Qarabağ (Azərbaycan) 0:1
Qol: Riçard Almeyda, 67.
Yanq Boyz: 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv von Bergen (k), 6. Leonardo Berton (28. Denis Zakaria, 80), 7. Miralem Suleymani, 8. Yan Lekyaks, 14. Milan Qayiç, 23. Skott Satr, 29. Rafael Nuzzolo (30. Aleksandr Qonzales, 69), 31. Yuya Kubo (20. Haris Tabakoviç, 85), 99. Juliam Oarao.
Ehtiyat oyunçular: 1. Marko Völfli, 3. Florent Haderqyonay, 22. Qreqori Vütrix, 77. Samuel Afum.
Baş məşqçi: Harald Qamperle.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Dani Kintana (91. Coşqun Diniyev, 75), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 67. Əl Harbi Əl Jedayui (32. Elvin Yunuszadə, 87), 77. Cavid Tağıyev (22. Əfran İsmayılov, 80).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 29. Raydel Pupon.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Leonardo Berton, 70 - Riçard Almeyda, 58. Reynaldo Silva, 77.
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Yeskov (Rusiya).
Hakim-inspektor: Lassin İsaksen (Farer adaları).
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya).
Bern. "Stad de Suiss".
Fanat.az