22:53 22.08.2015 732

"Xəzər Lənkəran" 9 nəfərlə 1 xal qazandı

Topaz Premyer Liqasında III tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə oyununda "Xəzər Lənkəran" "Rəvan"ı edib. 2 qolun vurulduğu, 2 qırmızı vərəqənin göstərildiyi oyunda qalib müəyyənləşməyib - 1:1. 48-ci dəqiqədə meydandan qovulan Elşən Rzazadə "Xəzər Lənkəran"ı azlıqda qoyub. Hesabı 55-ci dəqiqədə Ramazan Abbasov açıb. Meydan sahibləri 87-ci dəqiqədə Rahid Əmirquliyevin penalti qoluna sevinib. 90+1-ci dəqiqədə isə "Xəzər Lənkəran"dan Manuel Skarlatake qırmızı vərəqə alıb.

Qeyd edək ki, "Rəvan"ın baş məşqçisi Emin Quliyev ilk dəfə sabiq komandası "Xəzər Lənkəran"a qarşı mübarizə aparıb. 38 yaşlı məşqçi 2005-2009-cu illərdə bu komandada oynayıb və kapitan sarğısını daşıyıb. Sonradan məşqçi kimi Lənkəran klubunda fəaliyyət göstərən Quliyev iki dəfə baş məşqçini əvəz edib. 2012-ci ildə Yunis Hüseynovun, 2013-cü ildə Karles Bakesin istefasından sonra komandaya başçılıq edən gənc mütəхəssis 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.

Turun üç oyunu sabah, biri bazar ertəsi baş tutacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, III tur

22 avqust
Xəzər Lənkəran - Rəvan 1:1
Qollar: Rahid Əmirquliyev, 87-pen - Ramazan Abbasov, 55.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı (42. Kamran Abdullazadə, 77), 12. İlyas Səfərzadə (32. Zaman Mirzəzadə, 66), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə.
Baş məşqçi: Yunis Hüseynov.
Rəvan: 32. Kostantin Maxnovski, 2. Ruslan Tağızadə, 6. Vüqar Bəybalayev, 11. Şerif Suma, 17. Ramazan Abbasov (k) (77. Cavad Kazımov, 90), 18. Samuel Barlay (13. Cəmşid Məhərrəmov, 63), 19. Tural Qürbətov (86. Fərid Quliyev, 79), 21. Novruz Məmmədov, 22. Məhəmməd Alıyev, 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 7. Elvin Həsənəliyev, 14. Elvin Əliyev, 24. Elçin İsmayılov.
Baş məşqçi: Emin Quliyev.
Sarı vərəqələr: Elşən Rzazadə, 23 (qeyri-idman hərəkəti); 48 (bilərəkdən topa əllə oynadığına görə). Manuel Skarlatake, 30 (qeyri-idman hərəkəti); 90 (qeyri-idman hərəkəti), Rahid Əmirquliyev, 87 (qeyri-idman hərəkəti) - Yamin Ağakərimzadə, 34 (qeyri-idman hərəkəti). Samuel Barlay, 50 (qeyri-idman hərəkəti). Tural Qürbətov, 78 (hakim qərarına etiraz). Ruslan Tağızadə, 81 (qeyri-idman hərəkəti). Nicat Muxtarov, 86 (hakim qərarına etiraz)
Qırmızı vərəqələr: Elşən Rzazadə, 48. Manuel Skarlatake, 90+1.
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 9500 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Xəzər Lənkəran

3

1

2

0

4-2

5

2

Qəbələ

2

1

1

0

4-2

4

3

Qarabağ

2

1

1

0

4-3

4

4

Zirə

2

1

1

0

2:1

4

5

İnter

2

1

0

1

1-2

3

6

Rəvan

3

0

2

1

2-3

2

7

Kəpəz

2

0

2

0

1-1

2

8

Sumqayıt

2

0

2

0

1-1

2

9

Neftçi

2

0

1

1

0-1

1

10

AZAL

2

0

0

2

0-3

0

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 2.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X