Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" ciddi itkilərlə üzləşib. Fanat.az хəbər verir ki, hazırda İsveçrə klubunun heyətində 5 itki var.
Belə ki, Loris Benito, Aleksandr Qendt, Seku Sanoko, Taulyant Seferi və Renato Şteffen zədədən əziyyət çəkir. Onlar böyük ehtimalla Bakıya gəlməyəcəklər.
Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Yanq Boyz"a 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında Bakıda baş tutacaq cavab matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fanat.az