Aqil Məmmədov "Neftçi" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi bunları deyib:
“Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Açığı, futbolçuları bu il tanıya bilmirəm. Ümumi götürsək, onlara heç futbolçu demək olmaz. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdı. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.
Mənbə: Pfl.az