Qurban Qurbanov AZAL-la oyunla (2:0) fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bunları deyib:
"Bizim üçün hər bir qələbə vacibdi. Çempionatın startında hər bir komanda istəkli olur. Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündü. Günü-gündən sayı çoxalan azarkeşlərimizə təşəkkür edirəm. Mənə elə gəlir ki, heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil. Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidilər. Hesab edirəm ki, futbolçular faydalı olacaqlar”.
Fanat.az