Bosniya və Hersoqovina yığmasının heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Mehmet Bajdareviç AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəkləri iki oyun üçün Azərbaycandan iki futbolçuya dəvət göndərib.
Belə ki, baş məşqçi "Qarabağ"ın qapıçısı İbrahim Şehiç və "Qəbələ"nin hücumçusu Ermin Zetsi yığmaya çağırıb.
Qeyd edək ki, Bosniya və Hersoqovina yığması sentyabrın 3-də Belçika, 6-da Andorra ilə qarşılaşacaq.
Fanat.az