Premyer Liqada yaranan fasilədən yararlanacaq "İnter"lə "Sumqayıt" yoхlama oyunu keçirəcək. Fanat.az хəbər verir ki, görüş sentyabrın 5-də "İnter Arena"da baş tutacaq.
"İnter"in baş məşqçisi Zaur Svanadze komandaya "Zirə" ilə oyundan sonra istirahət verib. Avqustun 28-də biraraya gələcək "bankirlər" "Qəbələ" ilə matçın hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, "İnter"lə "Sumqayıt" Premyer Liqadakı ilk oyunlarını VIII turda keçirəcəklər. Sumqayıtdakı görüş oktyabrın 17-nə təsadüf edəcək.
Fanat.az