Bu gün UEFA-nın İşçi Qrupunun toplantısı keçirilib. Fanat.az xəbər verir ki, “Fənərbaxça”nınavrokuboklardan uzaqlaşdırılmasının ardından Avropa Liqasının qrupunda Türkiyə klubunu əvəzləyəcək komandayla bağlı məşvərət edilib və qərar çıxarılıb.
Qərara əsasən bu komandanın adına püşk aydınlıq gətirəcək. Belə ki, bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından ardından yenilən 30 komandanın iştirakı ilə püşk atılacaq. Püşkdə bəxti gətirən klub qrupda istanbulluların yerinə top qovacaq. İşçi Qrupunun ideyası sabah – qrup püşkatması zamanı həyata keçiriləcək. Bu isə o deməkdi ki, “Qarabağ” Frankfurtda çətin missiyanın öhdəsindən gələ bilməsə də, qrupda oynamaq şansını qoruyacaq. 3 dəfə AL-in pley-offuna yüksələn və ən güclü komandalara rəqib olan “köhlən atlar” nə dərəcədə şanslı olduğunu zaman göstərəcək.