İsveçrənin "Yanq Boyz" klubunun baş məşqçi əvəzi Harald Qamperle "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Qarabağ" yaxşı komandadı. Amma biz Bakıya qələbə üçün gəlmişik. Ev oyununda məğlub olmuşuq. Həmin səhvləri bu dəfə təkrarlamaq istəmirik. "Qarabağ"la oyunu analiz etmişik. Matça hazırıq. Ancaq qələbə barədə düşünürük".
"Bu oyun bizim üçün çox önəmlidi. Çünki qrup mərhələsinə vəsiqə qazanmaq əzmindəyik. Ölkə çempionatının son qarşılaşmasında da göstərdik ki, nə qədər çətin durumda olsaq da, qalib gəlməyi bacarırıq. Vəziyyəti tarazlaşdırmaq üçün bizə cəmi 1 qol lazımdı. Bunun üçün də 90 dəqiqə vaxtımız var".
"Zədəli futbolçularımız var. Amma matça normal hazırlaşmışıq. Biz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də oynayacağıq".
"Reynaldo yaxşı oyunçudu. Biz onunla maraqlanırıq. Amma öz futbolçularımızdan da razıyıq".
Fanat.az