"Əla oyun oldu. Komanda möhtəşəm qələbə qazandı. Çox şadam ki, Əfran İsmayılov da qol vurmağı bacardı. Komandaya yeni transferlər olub-olmayacağını bilmirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Yanq Boyz"la oyundan (3:0) sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
"Qarabağ"ın vitse prezidenti qrup mərhələsinə yüksəldikləri üçün futbolçulara xüsusi mükafat verilib-verilməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Bizim standart mükafatlarımız var. Rövnəq Abdullayev də mükafat söz verib. Gedib mükafatı alacağıq".
Fanat.az