Almaniyanın “Bild” qəzeti Avropa Liqasında “Qəbələ” ilə qarşılaşacaq “Borussiya"nın (Dortmund) erməni forvardı Henrik Mkitaryana viza verilməyəcəyini iddia edib.
Fanat.az xəbər verir ki, qəzet iki ölkə arasında illərdir davam edən Dağlıq Qarabağ problemini xatırladaraq Xarici İşlər Nazirliyinin 26 yaşlı futbolçuya viza verməyəcəyini bildirib.
Son 7 matçda 6 dəfə rəqibi məyus edən erməni futbolçu ilə bağlı açıqlama verən klubun baş məşqçisi Saşa Flig ümidini itirmədiyini deyib: “Fikrimcə, bu doğru xəbər deyil. Mkitaryan son həftələrdə inanılmaz performans sərgiləyir və bizim üçün çox önəmli futbolçudu".//Axar.az
Fanat.az