"Hamı düşünür ki, "Qarabağ" asan rəqibdi. Ancaq unutmayaq ki, "Seltik" Çempionlar Liqasının III təsnifat mərhələsində onları güclə keçdi. Ona görə də "Qarabağ"la çətin oyun olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Anderlext"in baş məşqçisi Besnik Hasi deyib.
"Hazırda əsas tapşırıq bu komandalara qarşı layiqli mübarizə aparmaqdı. Biz çalışacağıq ki, qışdan sonra da Avropada təmsil olunmaq üçün məqsədimizə çataq", deyə baş məşqçi əlavə edib.
Fanat.az