13:02 29.08.2015 636

"Qəbələ"nin rəqiblərini yaxından tanıyaq

Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən “Qəbələ” C qrupunda “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar” (Rusiya) klubları ilə mübarizə aparacaq. Fanat.az "Qəbələ"nin rəqibləri barədə məlumatları təqdim edir:

“Borussiya” (Dortmund, Almaniya)

Əsası 1909-ci il dekabrın 19-da qoyulan komanda ölkəsinin ən titullu klublarından biridi. 1913-cü ildən “qara-sarı” rənglərə sadiq olan Dortmund təmsilçisi ilk vaxtlar bölgə çempionatlarında çıxış edib və həmin dövrdən “Şalke” ilə əbədi rəqabəti başlayıb. Müxtəlif turnirlərdə qələbələr qazanan komanda ilk Almaniya çempionluğunu 1956-cı ildə qazanıb. 1957 və 1963-cü illərdə də əldə olunan uğurlar Bundesliqa yaranmazdan əvvəlki dövrə təsadüf edib. 1963-cü ildə əsası qoyulan peşəkar Bundesliqada isə 5 dəfə qızıl medallar Dortmund təmsilçisinə nəsib olub - 1995, 1996, 2002, 2011, 2012.

Ümumilikdə 8 qızıl medala yiyələnən "Borussiya" 6 gümüş və 5 bürüncə də sahib olub. 1965, 1989 və 2012-ci illərdə Almaniya kubokuna yiyələn “qara-sarılar” 4 dəfə də finalda uduzub. 8 dəfə Superkubok uğrunda mübarizə aparan dortmundlular bunların 6-da qələbə qazanıb.

Ümumiyyətlə, klubun tarixinə nəzər salsaq, ötən əsrin 90-cı illəri və son zamanları əhatə edən dövrü “Borussiya” üçün yüksəliş zamanı olub. Ottmar Hitsfeldin baş məşqçi təyin olunmasından sonra çiçəklənmə dövrü yaşayan “Borussiya” ilk mövsümdə Bundesliqanın 2-cisi olub. 1993-cü ildə UEFA kubokunun finalına yüksəlib. 1995, 1996-cı illərdə ölkə çempionluğu, 1997-ci ildə yeganə Çempionlar Liqası kuboku qazanılıb. Bununla da 1966-cı ildə Kuboklar Kubokuna sahib çıxan klub ikinci qitə miqyaslı mükafatını əldə edib. Komandanın ulduzu Matias Zammer isə Avropanın ən yaxşı futbolçusu seçilib. Klub tarixinin ən böyük uğurundan sonra Hitsfeld postundan ayrılsa da, komanda uğurunu Qitələrarası kubokda da davam etdirib. 2002-ci ildə isə artıq Zammerin baş məşqçiliyi ilə çempionluq qazanılıb. Uzun illərdir 81359 tamaşaçı tutan “Siqnal İduna Park”a toplaşan azarkeş sayı ilə Avropada rekordlar müəyyənləşdirən “Borussiya”nın növbəti yüksəlişi son 5-6 ilə təsadüf edib. Yurgen Kloppun formalaşdırdığı heyət iki çempionluq, iki vitse-çempionluq və 2013-cü ildə Çempionlar Liqasının finalına qədər irəliləyib. Ötən mövsüm Bundesliqaya uğursuz başlayıb, hətta aşağı dəstəyə yuvarlanmaq təhlükəsi də yaşayan komanda sonda 7-ci yerlə Avropa Liqasına yüksəlib. Tomas Tuxelin baş məşqçisi olduğu komanda bu yarışda III təsnifat mərhələsindən başlayıb, Avstriya “Volfsberq”i (1:0, 5:0) və Norveç “Odd”unu (4:3, 7:2) mübarizədən kənarlaşdırıb. Dortmundlular qalib gəlməklə yanaşı, əvvəl turnirin təsnifat mərhələləri, sonra pley-offu üçün azarkeş sayında yeni rekordlar müəyyənləşdirib.

PAOK (Yunanıstan)

Saloniki şəhərini təmsil edən komanda 1926-cı ildə yaradılıb. 28703 tamaşaçı tutumuna malik “Tumba” stadionunda çıxış edən PAOK ilk uğurunu 11 il gözləyib. 1937-ci ildə ölkə çempionatının gümüşünü qazanan rəqibimiz 3 il sonra bu uğuru təkrarlayıb, 1939-cu ildə isə kubokun finalınadək irəliləyib. 1951 və 1955-ci illərdə də kubok qazanmaq imkanının həlledici qarşılaşmada əldən verən Saloniki təmsilçisinin qızıl dövrü ötən əsrin 70-ci illərinə təsadüf edib. Yunan futbolunun məşhur simalarının yer aldığı komanda uğurlarının çoxunu həmin heyətlə əldə edib. 1972-ci ildə ilk titulunu qazanıb, Yunanıstan kubokuna yiyələnən PAOK iki ildən sonra bu nailiyyətini təkrarlayıb. 1971-ci ildə isə finalda uduzan rəqibimiz 1973-də həm kubok, həm çempionatda ikinci olub. 41 il əvvəl Kuboklar Kubokunun 1/4 finalınadək irəliləyən salonikililər avrokuboklar tarixində özünün ən yaxşı nəticəsinə imza atıb. PAOK həmin nəticəsini hələ də təkrarlaya bilməyib. 1976-cı ildə ilk dəfə Superliqanın çempionu tituluna sahib çıxan PAOK 2 il sonra gümüşlə kifayətlənib. 

1978-ci ildə də çempionatın ikincisi olan salonikililər 1977, 1978, 1981, 1983, 1985-ci illərdə kubokun finalında uduzub. 30 il öncə klub tarixinin ikinci və sonuncu çempionluğunu bayram edib. Əsasən “Olimpiakos” və “Panatinaikos”un kölgəsində qalan PAOK növbəti titulunu 16 il gözləyib. 2001 və 2003-cü illərdə kubok qazanmaqla bu mükafatın 4 qat qalibi olan rəqibimiz 1992 və 2014-cü ildə finaladək irəliləyib. 2010 və 2013-cü illərdə Superliqada daha iki dəfə gümüş medal qazanmağı bacaran PAOK ötən mövsüm çempionatı 5-ci pillədə başa vurub. Bunun sayəsində Avropa Liqasına yüksələn komanda II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Baş məşqçi İqor Tudorun yetirmələri qrupa vəsiqə qazanana qədər Xorvatiya “Lokomotiv”i (1:2, 6:0), ardınca Slovakiya “Spartak”ı (1:0, 1:1) və Danimarka “Brondbü”sünü (5:0, 1:1) mübarizədən kənarlaşdırıb.

“Krasnodar” (Rusiya)

2008-ci il fevralın 22-də yaranan komanda C qrupunun ən gənc klubu olsa da, artıq kifayət qədər avrokubok təcrübəsinə malikdir. Tarixinin ilk mövsümündə II divizionda çıxış etdiyi zonada 3-cü olan Krasnodarın eyniadlı təmsilçisi liderdən 11 xal geri qalıb. Lakin bəzi komandaların çempionata qatılmaqdan imtinası gənc kollektivin artıq 2009-cu ildə I divizionda oynamasına şərait yaradıb. İlk cəhddə 10-cu, növbəti il 5-ci olan “Krasnodar” Premyer Liqa arzusunu gerçəkləşdirmək üçün əcnəbi mütəxəssisisə ehtiyac duyub. Bu üzdən serbiyalı Slavolyub Muslinlə anlaşılıb. Onun qarşısına Premyer Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyulsa da, komanda növbəti dəfə oynamadan yüksək dəstəyə keçib. İki klubun Premyer Liqada çıxışını dayandırması krasnodarlılar üçün şans yaradıb. Nəticədə onlar 2011-ci ildə elitada debüt edib. 

2011/12 mövsümündə 9-cu, 2012/13 mövsümündə 10-cu olan klub Premyer Liqanın ortababına çevrilib. Bununla kifayətlənməyən rəhbərlik Muslini istefaya göndərib, Oleq Kokonovla anlaşıb. 2013/14 mövsümündə 5-ci olan komanda kubokun finalınadək irəliləyib. Onlar həlledici qarşılaşmada “Rostov”a penaltilər seriyasında uduzub. Avropa Liqasında debüt şansı qazanan komanda İspaniya “Real-Sosyedad”ı kimi rəqibi də mübarizədən kənarlaşdırıb qrup mərhələsinədək irəliləyib. Burada isə “Krasnodar” 3-cü olub. 2014/15 mövsümündə Premyer Liqanı da 3-cü yerdə tamamlayan Kononovun yetirmələri çempionatda ilk medalına sahib çıxıb. Yenidən Avropa Liqasına yüksələn krasnodarlılar ikinci dəfə çıxış edəcəyi qrup mərhələsinədək Slovakiya “Slovan”ı (2:0, 3:3) və Finlandiya HİK-inə (5:1, 0:0) qalib gəlib. İnşa olunan yeni stadionunda tamamlama işləri aparılan klub yarandığı gündən ev oyunlarını şəhərin digər arenası - 35200 tamaşaçı tutumuna malik “Kuban”da keçirir.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

Facebookdan bizi izləməyi unutmayın.
X