"Qarabağ"ın yeni transferi Samuel Armenterosun meneceri Serkan Kulup açıqlama verib. Fanat.az xəbər verir ki, menecer futbolçunun "Sivasspor" və "Krılya Sovetov"un təklifindən imtina etdiyini deyib:
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Anderlext", "Tottenhem" və "Monako" kimi klublarla mübarizə aparacaq. Bu, Samuelin özünü göstərməsi üçün yaxşı şansdı. "Qarabağ" Samuel üçün əla variantdı. Bu təklif həm idman, həm də maliyyə baxımından ən yaxşı variant idi. Əgər o təkcə pulu düşünsəydi, bu dəqiqə ya "Sivasspor"a, ya da "Krılya Sovetov"a keçmişdi".
Qeyd edək ki, peşəkar karyerasında Hollandiyanın “Herenven” klubunda başlayan futbolçu son olaraq “Villem II”də çıxış edib. Bir vaxtlar "Anderlext"də oynayan Samuel icarə əsasında "Feyenord"un formasını da geyib. O, son klubunda 29 oyuna 11 qol vurub.
Fanat.az