19:22 02.09.2015 465

"Qarabağ" yeni transferlərdən 2-sini Avroliqada oynadacaq

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib. Bu barədə "Report"a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Onun sözlərinə görə, siyahıda 24 futbolçu nəzərdə tutulsa da, sonradan gənc futbolçuları daxil etmək üçün 2 yer boş saxlanılıb. Yeni transferlər barədə danışan 43 yaşlı mütəxəssis 3 futbolçudan ikisini sifariş ərizəsinə daxil edə bildiklərini söyləyib: "Bunlar Samuel Armenteros və Migel Markosdu. Makedoniyalı müdafiəçi Vladimir Dimitrovskinin isə bir az problemləri yarandı. Bu onun klubu ilə bağlı oldu, sənədlərini vaxtında çatdıra bilmədilər. Ona görə də adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilmədi. Ola bilər ki, çempionat oyunları üçün götürək. Əvvəlki klubu iflas etdiyindən, azad agent kimi götürmə ehtimalımız var. Amma hazırda 2 futbolçu əlavə olunub. Sadəcə, 2 yeri boş saxlamışıq ki, hər hansı dəyişiklik olsa, gənc futbolçuları siyahıya rahat əlavə edə bilək. Söhbət adı siyahıda olan və bizim çıxardığımız yerli futbolçulardan gedir. Ehtiyac olsa, onları yenidən əlavə edə bilərik. Ümumilikdə bizə 24 futbolçu sifariş etməyimiz üçün icazə verilib. Ərizəmizdəki futbolçuları bir-bir deməyimə ehtiyac yoxdu. Siyahı açıqlananda hamının xəbəri olacaq".

"Qarabağ" qrup mərhələsindəki ilk oyununu sentyabrın 17-də İngiltərənin paytaxtı Londonda "Tottenhem"ə qarşı keçirəcək. Lakin hazırda komanda tam heyətlə hazırlaşa bilmir. Səbəb futbolçuların bir çoxunun milli komandaların düşərgəsində olmasıdır. Qurbanovun heyətində milli komandaların düşərgəsində cəmi 11 futbolçu qalıb. 

Qurbanovun sözlərinə görə, onlardan ikisi hələ zədəsini tam bərpa etməyib: "Əlimizdə cəmi 11 futbolçu var. Onlardan ikisi fərdi şəkildə məşq edir. Çünki hələ zədələrini tam bərpa etməyiblər. Biz Bakıda çalışırıq. Məşqlərə üç gündü başlamışıq və oyuna qədər məşqlərimiz davam edəcək. Ehtiyat qüvvənin azlığı sözsüz ki, bizə çətinlik yaradır. Futbolçular əlimizdə azdı və məşqlərimizin müəyyən proqram üzrə yaxşı səviyyədə keçirilməsinə mane olur. Amma ilk dəfə deyil. Belə hallar dəfələrlə olub. Həmişə çalışmışıq ki, düzgün qaydada hazırlaşaq".

Baş məşqçi hələlik "Tottenhem"lə oyun barədə danışmaq istəməyib: "Avropa Liqasının qrup mərhələsində güclü, ad-sanlı komandalara qarşı çıxış edəcəyik. Lakin bütün kollektivin olmaması səbəbindən, tam qüvvə ilə hazırlaşa, Avroliqadakı oyunlarımızı düşünə bilmirik. Yalnız onların dönüşündən və sentyabrın 12-də "Xəzər Lənkəran"la keçirəcəyimiz Premyer Liqa qarşılaşmasından sonra hərtərəfli fikir yürüdə biləcəyik. Hələ görək futbolçularımız milli komandalardan necə qayıdacaqlar... Əlbəttə, toplanılan hər bir xal reytinqimizi daha da yaxşılaşdırır. Bu barədə "Tottenhem"lə oyundan öncə fikirlərimizi bildirəcəyik".

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X