Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Millimiz Doha şəhərində Qətər yığması ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Bu, millimizin 2013-cü ildə üçüncü yoxlama matçı olub. Bundan öncə komandamız Özbəkistan (0:0) və Lixtenşteynlə (1:0) qarşılaşmışdı.
Qeyd edək ki, hazırda Qətər yığması dünya reytinqində 101-ci, Azərbaycan isə 120-ci yeri tutur.
21.15. Qətər – Azərbaycan - 1:1
İdman24.az