Premyer Liqanın 4-cü turu çərçivəsində "Xəzər Lənkəran" səfərdə son çempion "Qarabağ”ın qonağı olacaq. Fanat.az xəbər verir ki, ağdamlılarla oyunöncəsi cənublular problemlə üz-üzə qalıb.
Belə ki, "ağ-yaşıllılar"ın yeni transferləri "Qarabağ"la oyunu buraxa bilər. FİFA-nın "Xəzər Lənkəran"a verdiyi transfer qadağası ilə bağlı cəza müddəti başa çatsa da, cənublular yeni oyunçularının adını PFL-ə təqdim etdikləri sifariş ərizəsinə daxil edə bilmir. Bunun üçün ilk növbədə ali futbol qurumundan təsdiq məktubu gəlməlidi.
Məsələ ilə bağlı daha bir özəl məlumat əldə etmişik. Bu da "Xəzər Lənkəran"da yeni mövsümdə rəsmi matçda debüt edə bilməyən Ruslan Abışov və Vüqar Nadirovla bağlıdı. Adıçəkilən hər iki futbolçu sentyabrın 12-də "Qarabağ"a qarşı oynaya bilməsələr, klubu tərk edəcəklər. Hər iki futbolçu "Neftçi"yə üz tutacaq.//sport7.az
Fanat.az