"Qarabağ"a keçməmişdən öncə təbii ki, klub haqqında maraqlandım. Son 2 ildə çempion olmaları, Avropa Liqasında uğurlu çıxış komandanın hədəflərindən xəbər verir". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Migel Markos Madeyra deyib.
2 illik müqaviləyə imza atan Miçel ləqəbli futbolçu klubun rəsmi saytına danışıb: "Tanışlarım vasitəsiylə də komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. Komandanın bazasıyla, futbolçularla tanış oldum. Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var. "Qarabağ"da oynamaqla komandaya faydalı olmaq istəyirəm. Azarkeşlərə demək istədiyim odu ki, meydanda sona qədər mübarizə aparan futbolçu görəcəklər. Komandamın uğurlarında payım olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam".
Fanat.az