Çempionlar Liqası və Avropa Liqasının pley-off oyunlarından sonra Avropa klublarının reytinq cədvəli yenilənib. Son 5 ilin nəticələrinə əsasən tərtib olunan siyahıda 454 klub yer alıb.
Cədvələ hesabında 133,628 əmsal olan İspaniya “Barselona”sı başçılıq edir. Sıralamada Azərbaycan 7 klubu gözə dəyir. Ən yaxşı nəticəyə “Qarabağ” malikdi. Hesabında 7,575 əmsal olan “köhlən atlar” Avropanın 194-cüsüdü. Digər komandalarımızdan heç biri ilk 200 komanda sırasına düşməyib.
194. “Qarabağ” – 7,575
203. “Neftçi” – 7,075
278. “İnter” – 4,325
278. “Bakı” – 4,325
301. “Xəzər Lənkəran” - 3,825
376. AZAL - 2,325
376. “Simurq” - 2,325
Fanat.az