“Qarabağ”ın qrupa aparan yolunu Avroliqanın pley-off mərhələsində Frankfurt “Ayntarxt”ı kəsəndən sonra Azərbaycan klublarının avrokubolardakı ən məhsuldar futbolçularının siyahısında dəyişiklik olub. Almaniyada “Qarabağ”ın yeganə qoluna imza atan Reynaldo vurduğu gözəl qolla ən yaxşılar sırasına düşüb.
Bütün qollarını (5) cari mövsümdə vuran “sambaçı” komanda yoldaşı Rəşad Sadıqova və “Qarabağ”ın sabiq üzvü Əfran İsmayılova çatıb. Hər 3 futbolçunun hesabında 5 qol var və onlar 2-ci pilləni bölüşür. Birinci yerdə isə daha bir sabiq “Qarabağ”lı möhkəmlənib. Karyerasını “Neftçi”də sürdürən Rəşad Sadiqov 7 qol vurub. Bu yay fərqlənməyən kapitan zirvədəki mövqeyini qoruyub.
Fanat.az