Şahin Diniyev AZAL-la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi matçdan sonra bunları deyib:
"Oyun gərgin alındı. Bundan öncəki 3 görüşdə yüksək səviiyyəli, hücumameyilli futbol oynasaq da, nəticə qazana bilməmişdik. Bunun gərginliyi vardı. Stadiona gələn azarkeşlər bizdən qələbə gözləyirdilər. Futbolçular üzərlərində böyük yük hiss edirdilər. Oyunçularım səhv etməkdən qorxurdular. Buna baxmayaraq, qələbə qazandıq. Etiraf edim ki, bu gün nəticə üçün oynadıq. Qazanılan qələbə ümid edirəm ki, növbəti oyunda da işimizə yarayacaq. Azarkeşlər, jurnalistlər kimi mən də hücumçudan qol gözləyirəm. Məncə, zaman keçdikcə Aleksandr öz üzərinə düşən işi həyata keçirəcək. Hazırda yaxşı oyunçu tapmaq çətindi. Amma qışda bunun üçün imkanımız olacaq. Turnir cədvəlindəki yerimizə uyğun olaraq, transferlər edəcəyik".//pfl.az
Fanat.az