PFL tərəfindən 300 min manat bank təminatı istənilən və bu səbəbdən I diviziona buraxılmayan "Xudafərin" buna görə qətiyyən həvəsdən düşməyib.
Rekord.az-ın əldə etdiyi məlumata görə, Cəbrayıl təmsilçisi Həvəskarlar Liqasında mübarizə aparacaq.
Əsas hədəf heyəti qoruyub-saxlamaq və növbəti mövsümdən I divizionda mübarizə aparmaqdı. Bu arada, rəhbərlik stadion və baza məsələsini də həll etməyə çalışır. Hazırda yeni bazanın Bakıda, yoxsa cəbrayıllıların kompakt yaşadığı Biləsuvarda tikililəsi müzakirə olunur. Rəhbərlik yaxın günlərdə klubun rəsmi təqdimatını da keçirəcək.
Fanat.az