20:40 16.09.2015 416

"Allaha yalvarırdım ki..." - Roman Qriqorçuk

"İndiyə qədər Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparırdıq. İndi isə mümkün qədər çox xal toplamaq, qrupdan çıxmaq üçün çalışacağıq. Bu oyunun da vacibliyi əvvəlkilərdən fərqlənmir. Uğur qazanmaq üçün oynayacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah PAOK-la qarşılaşacaq "qırmızı-qaralar"ın baş məşqçisi bu gün mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis artıq komandanın daha hazırlıqlı olduğunu bildirib: "Avropa Liqasından öncə komandada yeni oyunçular vardı və bizə zaman lazım idi. Bu müddətdə oyunçular bir-birini yaxşı başa düşməli idi. Ancaq bu gün əvvəlkindən çox-çox yaxşı, hazırlıqlı vəziyyətdəyik. Düşünürəm ki, Yunanıstan klubları ilə oynayarkən motivasiyada fərq yoxdu. Çünki "pley-off"da mərhələ üçün oynayırdıqsa, qrupda xal yığmaq üçün mübarizə aparacağıq".

Qriqorçuk heyətdə bir əskiyin olduğunu deyib: "Oyunu yalnız Rafael Santos buracaq. Qalanların hamısı hazırdı. Yeni transferlərin 100 faiz hazır olduğunu demək olmaz. Ancaq sabahkı oyunda olacaqlarını istisna etmirəm".

"Qəbələ"nin baş məşqçisi rəqibin oyununu analiz etdiklərini qeyd edib: "Demək olmaz ki, ohaqqında hər şeyi bilirik. Nəzərə almalıyıq ki, rəqibin baş məşqçisi yenidi, taktika və oyunçulara yanaşması fərqlidi. Bütün olanları nəzərə almışıq və komanda da bundan məlumatlıdı. Rəqibdə hansısa yeniliklərin olacağına özümüzü hazırlayırıq".

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X