PAOK-un futbolçusu Dimitris Pelkas Avropa Liqasının qrup mərhələsində səfərdə "Qəbələ" ilə keçirdikləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, yunan futbolçu bunları deyib:
"Biz üç xal qazanmaq və öz futbolumuzu sərgiləmək istəyirdik. Ancaq qazonun vəziyyəti dəhşət bərbad idi. Stadion kiçik idi və rəqib əsasən müdafiədən oynadı. Belə komandaya qarşı qol vurmaq asan deyil. Buna baxmayaraq, qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin yararlana bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq. Futbolda yaxşı və pis günlər olur. "Qəbələ" ilə matçda ötürmələrim nəsə alınmırdı. Onu deyim ki, həftədə iki dəfə oynamağa alışmamışam. Ancaq bu, müvəqqətidi. Daha çox çalışmalı və növbəti oyunlarda uğur qazanmalıyıq. Qarşıda superliqada AEK-lə matçımız var. Düzgün istirahət edərək bu oyuna hazırlaşmalıyıq".
Fanat.az