"Qəbələ"nin futbolçusu Aleksey Qay PAOK-la (0:0) oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ukraynalı yarımmüdafəçi bunları deyib:
"İlk dəfə idi qrup mərhələsində oynayırdıq. Komanda olaraq layiqli mübarizə apardıq. Qalib də gələ bilərdik. Ancaq düşünürəm ki, azarkeşlərimiz oyunumuzdan razı qaldı. Fasiləyə qədər elə də yaxşı oyun nümayiş etdirə bilmədik. Ola bilsin, həyəcanlı idik, bu ondan qaynaqlanırdı. Amma ikinci hissədə fəallaşdıq. Təəssüf ki, yaratdığımız imkanlardan maksimum istifadə edə bilmədik. Bunu etmək üçün şansımız var idi. Hücumda bir qədər soyuqqanlı və sakit oynamaq lazımdı. Görünür bunun üzərində daha çox çalışmalıyıq. Əgər belə etsək, hər şey yaxşı olacaq".
Fanat.az