"Qarabağ" - AZAL matçının keçiriləcəyi məkan dəyişdirilib. Fanat.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Premyer Liqanın V turu çərçivəsində sabah keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda deyil, "Baksel Arena"da baş tutacaq. Buna mərkəzi arenanın ot örtüyünün yararsız vəziyyətdə olması səbəb olub.
Fanat.az