Emin Quliyev "Zirə" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi bunları deyib:
"İlk hissədə oyunçularımdan narazı qalsam da, ikinci hissəyə görə onlara təşəkkür edirəm. Müdafiədə problemlərimiz var, bunu həll etməliyik. Biz qolu rəqibə hədiyyə edirik. Hələlik, komandada hücumçu yoxdu, ona görə də məcburiyyətdən Fərid Quliyevi oynadıram".
Fanat.az