00:30 20.09.2015 760

Samir Əliyev: "Böyük oyun statusunu itirsәydi..."

"Neftçi" Topaz Premyer Liqasının V turunda üz-üzə gələcəyi "Xəzər Lənkəran"la oyun öncəsi son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, Bakı Olimpiya stadionunun məşq meydançasında hazırlıq keçən komandanın baş məşqçisi Samir Əliyev jurnalistlər üçün brifinq təşkil edib.

- "Xəzər Lənkəran"la oyuna hazırlıq necə keçdi?
- Bu oyuna heç bir xüsusi fərq qoymadıq. Digər rəqiblərə qarşı görüşlərə necə hazırlamışdıqsa, sabahkı matça da həmçinin. Fikrimcə, hazırlığımız normal qaydada keçib.

- Heyətinizdə çatışmazlıqlar var?
- Qapıçımız Aqil Məmmədov zədəlidi və Ayılton qırmızı vərəqə səbəbindən lənkəranlılarla oyunu buraxacaq. Sabahkı matçda çərçivəni yeni transfer etdiyimiz Peskoviçə həvalə edəcəm.

- "Xəzər Lənkəran"nın ixtiyarında cəmi 14 futbolçu var. Bu, komandanızın şanslarını artırırmı?
- İlk baxışdan cənub təmsilçisinin heyətinin böyük əksəriyyətini gənclər təşkil edir. Ancaq unutmayaq ki, bu uşaqlar ötən mövsüm də komandanın əsas heyət üzvlər olublar. Bizdə də yetərincə gənc futbolçu var. Düşünürəmki, sabah azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər.

- Braziliyalı Filyonun transfer məsələsinə aydınlıq gəldimi?
- Bəli, onun komanda da qalmasına qərar verdik. Gələn həftə müdafiəçi ilə müqavilə imzalayacağıq. Filyo 6-cı turdan etibarən komandanın şərəfini qoruyacaq.

- Əlinizdəki heyətlə cari mövsümdə "Neftçi" nəyə ümid edə bilər?
- Xalları çətinliklə qazanırıq. Sabahda 3 xal əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Qışadək yolumuzu bu heyətlə davam etdirəcəyik. Qış "transfer pəncərəsi" zamanı isə minimum daha 2 əcnəbini sıralarımıza qatacağıq.

- Ardıcıl 2 qələbə qazanan "Neftçi" sabah (bu gün) bu seriyanı 3-ə çatdırsa, demək olarmı ki, komandanız "qara zolaq"dan çıxdı?
- Bildiyiniz kimi futbolçularımızın əksəriyyəti gəncdi. Onlardan sabit nəticələr gözləmək yersizdi. Əlbəttə ki, çempionatın gedişində eniş zolağı qaçılmazdı.

- Ruslan Abışov və Vüqar Nadirovun adları komandanızla yanaşı hallansa da, hər iki futbolçu "Qəbələ"yə üstünlük verdi...
- Həm Ruslan, həm də Vüqar milli üzvləridi. Ancaq heç birinin keçidi "Neftçi"nin gündəmində olmayıb.

- "Böyük oyun"da səfər komandalarının azarkeşlərinin tribunalara buraxılmaması na münasibətiniz?
- Bununla bağlı qərar verilib. Hər bir qərara hörmətlə yanaşıram. Ancaq qeyd edim ki, futbol azarkeşlər üçün oynanılır. Ümid edirəm, artıq növbəti dövrədə hər iki komandanın fanatları tribunalara buraxılacaq.

- "Neftçi" və "Xəzər Lənkəran" əvvəlki əzəmət sahibi deyillər. Düşünmürsünüz ki, bu matç "Böyük oyun" statusunu itirib?
- Burada "Qarabağ"la Londona gedən jurnalistlərdə var. "Böyük oyun" statusunu itirsə idi, Gəncədə qalıb, "Kəpəz" - "Qarabağ" matçını izləyərdiniz.//“Qafqazinfo”

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:18

Avropa Liqası: "Sabah" "Sele"yə qalib gəlir - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X