18:32 20.09.2015 742

Diniyevi oğlu "vurdu", "Qarabağ" Gəncədə güldü

Topaz Premyer Liqasında V turun oyunları davam etdirilir. Fanat.az хəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Günün ilk oyununda "Tottenhem"lə səfər oyunundan dönən "Qarabağ" "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda baş tutan oyunda hesab 38-ci dəqiqədə penaltidən açılıb. "Kəpəz"in qapısına təyin olunan 11 metrlik zərbəni baş məşqçi Coşqun Diniyevin oğlu dəqiq yerinə yetirib. 49-cu dəqiqədə Bəxtiyar Soltanov tarazlığı bərpa etsəd də, bir dəqiqə sonra "Qarabağ"ın heyətində ikinci rəsmi Premyer Liqa oyununa çıxan Samuel Armenteros ardıcılı ikinci qoluna imza atıb. İsveçli futbolçu yenə sonradan meydana çıxaraq fərqlənib. 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Elvin Məmmədov "Qarabağ"ı sevindirib. 90-3-cü dəqiqədə Şəhriyar Rəhimov fərqi azaltsa da, "Kəpəz"in bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, bu gün baş tutacaq digər matçda "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edəcək. "Böyük oyun" saat 21.00-da başlayacaq. Turun iki matçı dünən keçirilib. "İnter" AZAL-ı 1:0, "Zirə" "Rəvan"ı 2:1 hesabı ilə yenib. Tura sabah baş tutacaq "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, II tur

20 sentyabr
Kəpəz - Qarabağ 2:3
Qollar: Bəxtiyar Soltanov, 49. Şəhriyar Rəhimov, 90+3 - Coşqun Diniyev, 38-pen. Samuel Armenteros, 50. Elvin Məmmədov, 74-pen.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (80. Tural Rzayev, 76), 8. Budaq Nəsirov, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev (15. Azad Kərimov, 78), 27. Bəxtiyar Soltanov, 68. Rəşad Eyyubov. 
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 23. Tural Nərimanov, 77. Ziyabil Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon (90. Samuel Armenteros, 46), 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev (20. Riçard Almeyda, 57), 91. Coşqun Diniyev (9. Reynaldo Silva, 81)
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 73 (qeyri-idman hərəkəti) - Elvin Yunuszadə, 18 (əl ilə oynadığına görə). Riçard Almeyda, 77 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə şəhər stadionu. 20.000 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

5

4

1

0

10-5

13

2

İnter

5

3

1

1

4-3

10

3

Zirə

5

2

3

0

4-2

9

4

Qəbələ

4

2

1

1

6-4

7

5

Neftçi

4

2

1

1

5-3

7

6

Xəzər Lənkəran

4

1

2

1

4-3

5

7

Kəpəz

5

1

2

2

4-5

5

8

Sumqayıt

4

0

3

1

2-3

3

9

Rəvan

5

0

2

3

4-8

2

10

AZAL

5

0

0

5

0-7

0

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Rəhman Hacıyev (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Dieqo Martins (İnter), Aleksey Antonov (İnter), Fəhmin Muradbəyli (Neftçi), Tural Qürbətov (Rəvan), Samuel Armenteros (Qarabağ), Şəhriyar Rəhimov (Kəpəz) - 2.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:18

Avropa Liqası: "Sabah" "Sele"yə qalib gəlir - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X