Topaz Premyer Liqasında V tura yekun vurulub. Fanat.az хəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçında PAOK-la Avroliqa matçında heç-heçə oynayan (0:0) "Qəbələ" "Sumqayıt"ı qəbul edib. 90 dəqiqə qolsuz bərabərliklə tamamlansa da, "Qəbələ" əlavə vaxtda qələbə qolunu vura bilib. 90+2-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Aleksey Qay komandasına qələbə qazandırıb.
Qeyd edək ki, ilk iki oyun günündə 4 görüş keçirilib. "İnter" AZAL-ı 1:0, "Zirə" "Rəvan"ı 2:1, "Qarabağ" "Kəpəz"i 3:2 hesabı ilə yenib, "Neftçi" - "Xəzər Lənkəran" matçında qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, V tur
21 sentyabr
Qəbələ - Sumqayıt 1:0
Qol: Aleksey Qay, 90+2-pen.
Qəbələ: 2. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo (k), 19. Aleksey Qay, 32. Fakundo Pereyra (7. Ermin Zets, 69), 34. Ürfan Abbasov (21. Arif Daşdəmirov, 85), 69. Aleksey Antonov (9. Sergey Zenyov, 46), 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 88. Derlis Meza Kolli.
Baş məşqçi: Roman Qriqorçuk.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev (23. Tural Rzayev, 89), 7. Pərdis Fərcad-Azad, 8. Nuran Qurbanov (10. Uğur Pamuk, 69), 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Elvin Camalov, 69 (qeyri-idman hərəkəti). Ruslan Abışov, 80 (qeyri-idman hərəkəti). Rəşad Sadiqov, 82 (qeyri-idman hərəkəti) - Cəmil Hacıyev, 84 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Tural Rzayev, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 5 | 4 | 1 | 0 | 10-5 | 13 |
2 | İnter | 5 | 3 | 1 | 1 | 4-3 | 10 |
3 | Qəbələ | 5 | 3 | 1 | 1 | 7-4 | 10 |
4 | Zirə | 5 | 2 | 3 | 0 | 4-2 | 9 |
5 | Neftçi | 5 | 2 | 2 | 1 | 6-4 | 8 |
6 | Xəzər Lənkəran | 5 | 1 | 3 | 1 | 5-4 | 6 |
7 | Kəpəz | 5 | 1 | 2 | 2 | 4-5 | 5 |
8 | Sumqayıt | 5 | 0 | 3 | 2 | 2-4 | 3 |
9 | Rəvan | 5 | 0 | 2 | 3 | 4-8 | 2 |
10 | AZAL | 5 | 0 | 0 | 5 | 0-7 | 0 |
Bombardir | Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 3. |
Fanat.az