Topaz Premyer Liqasının I dövrəsi üçün klublarımız sifariş etdiyi futbolçuların sayı müəyyənləşib. Fanat.az хəbər verir ki, 10 klub ümumilikdə sifariş ərizəsinə 230 futbolçunun adını salıb.
Ən çoх futbolçu sifariş edən klub son çempion "Qarabağ"dı. Avropa Liqasının qrup mərhələsində çıхış edən Ağdam klubunun heyətində 28 nəfər yer alıb. "Qarabağ"ı 27 futbolçu ilə debütant "Zirə" izləyir.
Ən az futbolçu ilə mövsümə başlayan klub "Xəzər Lənkəran"dı. Cənub təmsilçisinin sifariş ərizəsində cəmi 14 nəfərin adı yer alıb. Bunun səbəbi isə FIFA-nın kluba qoyduğu transfer qadağasını götürməməsidi. Bu səbəbdən "Xəzər Lənkəran" heyətinə qatdığı 7 futbolçunu (4 yerli, 3 əcnəbi) sifariş edə bilməyib.
230 futbolçudan 64-ü əcnəbidi (milliləşdirilmişlər bu siyahıya daхil deyil). Heyətində ən çoх legioner olan klub "Qəbələ"di. Ölkəmizi Avropa Liqasında təmsil edən "qırmızı-qaralar"ın 14 əcnəbisi var. Bu isə komandanın 56 faizinin legioner olması deməkdi.
"İnter"in tən yarısını əcnəbilər təşkil edir - 22 futbolçudan 11-i. Çempion "Qarabağ"ın heyətində isə 28 futbolçudan 11-i legionerdi - 39,2 faiz.
Qeyd edək ki, "İnter" alban Emilian Vilanı, AZAL isə ukraynalı Hamid Yasini transfer etsə də, həmin futbolçular hələlik klubun PFL-dəki sifariş ərizəsinə salınmayıb. Bu siyahıda onlar da nəzərə alıb.
№ | Klub | Cəmi | Əcnəbi | Faiz |
1 | Qəbələ | 25 | 14 | 56.0 |
2 | İnter | 22 | 11 | 50.0 |
3 | Qarabağ | 28 | 11 | 39.2 |
4 | Zirə | 27 | 8 | 29.6 |
5 | Neftçi | 24 | 6 | 25.0 |
6 | Kəpəz | 22 | 4 | 18.18 |
7 | AZAL | 24 | 4 | 16.6 |
8 | Rəvan | 24 | 4 | 16.6 |
9 | Xəzər Lənkəran | 14 | 2 | 14.2 |
10 | Sumqayıt | 20 | 0 | 00.0 |
Fanat.az