Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda "Zirə"nin əvəzedici komandasına texniki məğlubiyyətin verilməsi qərara alınıb.
Buna "Zirə"nin "Rəvan"la qarşılaşmada yaş limitini pozması səbəb olub. Belə ki, Əsasnaməyə uyğun olaraq, komandaların heyətində meydançada 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq "Zirə"nin əvəzedicilərinin baş məşqçisi Kamen Vasilyev bu qaydaya əməl etməyib, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn "Zirə”yə texniki məğlubiyyət bahasına başa gəlib.
Fanat.az