“Qəbələ”nin futbol direktoru Toni Adams jurnalistlərə açıqlama verib. Fanat.az xəbər verir ki, ingilis mütəxəssis bunları deyib:
"Qəbələ" gözlədiyimdən artığını etdi. Komandamızın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi mənim üçün sürpriz oldu. “Qəbələ” ilə qürur duyuram. Biz “Dinamo”, “Çukariçki”, “Apollon” və “Panatinaikos” kimi klubları mübarizədən kənarlaşdırdıq. Əslində biz bunu gözləmirdik. Nəzərə alın ki, “Qəbələ”nin cəmi 10 yaşı var. Qrupa düşməklə hədəflərimizi qabaqladıq. Bu il bizim hədəfimiz ölkə çempionu olmaq idi. İndi qrup mərhələsində qürur duyulacaq mübarizə aparmaq istəyirik. Real danışsaq, qrupdan çıxmaq çox çətin görünür. Stresi üzərimizdən atıb qrup mərhələsinin danını çıxarmalıyıq. “Qəbələ” qrupa düşənə qədər 4 mərhələ keçib, müxtəlif rəqibləri mübarizədən kənarlaşdırıb. Təbii ki, üstün olduğumuz komandalardan “Panatinaikos”u xüsusi qeyd etməliyəm. Bu bəs edər ki, qrupdakı rəqiblərimiz “Qəbələ”yə hörmətlə yanaşsınlar. Əgər bura qədər gəlmişiksə, niyə də qrupdan çıxmayaq? Amma Avroliqanın qrupuna vəsiqə qazanmağın özü bizim üçün böyük nailiyyətdi”.
Fanat.az