Topaz Premyer Liqasının V turunun "Sumqayıt" - "Rəvan" qarşılaşması kobud hakim səhvi ilə yadda qalıb. Fanat.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Fariz Yusifovun futbolçuya vərəqə göstərmək yadından çıxıb.
Belə ki, sabiq FİFA referisi "Rəvan"ın futbolçusu Ramazan Abbasova 68-ci dəqiqədə qeyri-idman hərəkətinə görə ilk xəbərdarlığı edib. Yusifov 88-ci dəqiqədə futbolçuya simulyasiya görə ikinci sarı vərəqəni göstərsə də, onu meydandan kənarlaşdırmaq yadından çıxıb. Həmin vaxt heç kimin yadına düşməyən "qırmızı"nı son dəqiqədə yan xətt hakimi xatırlayıb və referiyə xəbərdarlıq edib. Bundan sonra Yusifov Abbasovu meydandan kənarlaşdırıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol