Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Krasnodar" İjevsk "Zenit"inin qonağı olub.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Krasnodar"a qələbə qazandıran qola 85-ci dəqiqədə Fyedor Smolov imza atıb. Bununla da "Krasnodar" 1/8 finala vəsiqə qazanıb.