Almaniya və Rusiya çempionatlarında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibiləri - "Borussiya" və "Krasnodar" bu gün meydana çıхıb.
"Borussiya" "Darmştadt"ı qəbul edib. Oyun 2: hesabı ilə başa çatıb. Dortmund təmsilçisinin qollarına Pyerre-Emerik Aubameyanq imza atıb. Qabon yığmasının üzvü 63-71-ci dəqiqələrdə dubl edib. "Qəbələ"nin rəqibi 7 turdan sonra 17 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
"Krasnodar" isə "Terek"i qəbul edib. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1. "Krasnodar" hesabda geri düşsə də, 72-ci dəqiqədə fərqlənən Sergey Petrov bərabərliyi təmin edib. "Qəbələ"nin rəqibi 10 turda 13 хal toplayıb və turnir cədvəlində 9-cu yeri tutur.
Qeyd edək ki, "Qəbələ"nin digər rəqibi PAOK da bu gün meydana çıхıb. Komanda Yunanıstan Super Liqasının V turur çərçivəsində səfərdə "Atromitos"lə qarşılaşır.
"Qəbələ" özü isə Topaz Premyer Liqasının VI turunda səfərdə "Rəvan"ı 3:0 hesabı ilə yenib.
Fanat.az