"Anderlext"in prezidenti Rocer Vanden Stok Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb. Fanat.az xəbər verir ki, klub rəhbəri Bakıda yaxşı nəticə qazanacaqlarına inandığını bildirib:
"Qarabağ"la oyunda yaxşı nəticəyə inanıram. Qəbələ qazanmağımız daha yaxşı olar. Lakin uduzsaq, növbəti mərhələyə vəsiqə qazanmaq işimizi çətinə salacağıq. Turnirə yaxşı başlamadıq. Ancaq komandam oyundan-oyuna daha yaxşı çıxış edir. "Anderlext"in bütün hədəflərinə çatmaq gücündə olduğunu göstərəcəyik".
Fanat.az